İKT

“Apple” yeni əməliyyat sistemini istifadəyə verdi
26 İYUN
324

“Apple” yeni əməliyyat sistemini istifadəyə verdi

2018-06-26 18:55:00

“Apple” korporasiyası iOS 12 əməliyyat sisteminin beta versiyasını istifadəyə verib. Onu istənilən istifadəçi yükləyə bilər.

Fins.az xəbər verir ki, öncəki qapalı versiyadan fərqli olaraq yeni beta versiyada əvvəlki məhdudiyyətlər olmayacaq.

Yəni istifadəçinin öz ayfonuna iOS 12-i yükləməsi üçün daha tərtibatçının hesabına ehtiyac olmayacaq.

İstifadəçidən sadəcə öz Apple İdentifikasiya nömrəsi ilə şirkətin proqram sınaqları səhifəsinə daxil olmaq tələb olunacaq. Menyudan lazımi versiya seçilir və cihaz qeydiyyatdan keçiirlir.

Əməliyyat sisteminin quraşdırılmasından əvvəl rezerv surətin yaradılması tövsiyə olunur.

Beta versiyada yeniliklər daha çox sistemin optimizasiyası ilə əlaqədardır. Belə ki, tərtibatçılar əmin edir ki, yeni əməliyyat sistemində kamera 70 faiz, klaviatura isə 50 faiz daha tez işə düşür.

iOS 12-nin final versiyası 2018-ci ilin payız ayında işıq üzü görəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250