İKT

“Instagram”ın bazar dəyəri hesablandı – İNANILMAZ MƏBLƏĞ
26 İYUN
267

“Instagram”ın bazar dəyəri hesablandı – İNANILMAZ MƏBLƏĞ

2018-06-26 13:19:00

Əgər “Instagram” müstəqil platforma olsaydı, hazırda onun bazar dəyəri 100 milyard dolları ötərdi.

Fins.az-ın xəbərinə görə, bunu “Bloomberg”in eksperti Citendra Varal hesablayıb.

C. Varal bildirib ki, qarşıdakı 1 il ərzində “Instagram”ın gəliri 10 milyard dolları aşacaq və bu platforma aid olduğu “Facebook”a nisbətən daha sürətlə istifadəçi cəlb edir. İyun ərzində platforma aylıq 1 milyard aktiv istifadəçi göstəricisini keçib və qarşıdakı 5 ildə bunu iki dəfə artıra bilər.

Bundan başqa, “Instagram” auditoriyası “Facebook” auditoriyasından daha gəncdir və bu da platformanı reklamverənlər üçün cəlbedici edir.

Qeyd edək ki, “Instagram” foto xidməti 2010-cu ildə istifadəyə verilib. 2012-ci ildə “Facebook” bu xidməti 1 milyard dollara satın alıb. Cəmi 2 il sonra “Instagram”ın dəyəri 35 milyard dollara yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252