İKT

Facebookda YENİ FUNKSİYA
25 İYUN
340

Facebookda YENİ FUNKSİYA

2018-06-25 15:21:00

Facebook-da istifadəçilərin sosial şəbəkədə nə qədər zaman keçirtdiklərini öyrənməyə imkan verəcək yeni funksiya üzərində çalışırlar. Sosial şəbəkədə “Your Time on Facebook” adlı yeni funksiyanı Massaçusets Texnologiya Universitetinin tələbəsi Facebook-un mobil tətbiqinin kodunda aşkar edib. Kalkulyator keçmiş həftə ərzində sizin hərgün sosial şəbəkədə nə qədər zaman keçirtdiyinizi göstərir.

Bundan əlavə olaraq gün ərzində Facebook-da keçirilmiş müddəti də hesablamaq mümkündür. Bununla yanaşı istifadəçi istədiyi zaman sosial şəbəkənin mobil versiyasından istifadəyə limit də qoya bilər. Qoyulmuş vaxt limitinin bitməsindən sonra smartfon ekranında bildiriş əks olunacaq və tətbiq avtomatik olaraq bağlanacaq. Facebook isə öz növbəsində bu cür funksiyanın üzərində çalışdığını təsdiqləyb. Lakin bu yeni funksiyanın rəsmi olaraq nə zaman istifadəyə veriləcəyi bilinmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270