İKT

Rahat yatmaq üçün qulaqcıq
25 İYUN
156

Rahat yatmaq üçün qulaqcıq

2018-06-25 12:58:00

“Bose” şirkəti problemsiz yuxunu təmin edən “Sleepbuds” qulaqcıqları hazırlayıb.  

Fins.az xəbər verir ki, qulaqcığı taxaraq hər hansı diskomfort hiss etmədən bütün gecəni rahat yatmaq mümkündür. Qulaqcıq ətrafdakı səsləri, məsələn, kondisionerin səsini və küçədən gələn səsləri “boğur”.

Qulaqcıqlarla adi musiqiyə qulaq asmaq olmur, yalnız yağış, şəlalə, okean, dalğa, külək səslərini dinləmək mümkündür.  

Qulaqcıq 16 saat fasiləsiz işləyir. Daha sonra isə onu şarj etmək lazımdır.

Cihazın qiyməti 249 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258