İKT

Telefonsuz işləyən simsiz qulaqlıq
25 İYUN
91

Telefonsuz işləyən simsiz qulaqlıq

2018-06-25 11:51:00

Həm smartfonlarla işləyən, həm də öz üzərində olan MP3 xüsusiyyəti ilə işləyə bilən simsiz qulaqlıq Juo Sport Bassı araşdırdıq.
Fins.az bildirir ki, keçmişin məşhur məhsulları olan audio-pleyer kimi bir çox məhsulu yox edən smartfonlar, təqdim etdiyi asanlıqlarla uzun bir müddət əvəzedilməz cihaz oldular. Daha sonra Apple, Google kimi böyük firmaların 3.5mm qulaqlıq girişini telefonlarından çıxarmağa başladıqlarını gördük. O zamanlar çox da məşhur olmayan simsiz qulaqlıqlar, son dövrdə diqqət cəlb etməyə başladı. Bir çox insan kabelli qulaqlıqlardan istifadə edərkən, bəziləri də simsiz qulaqlığın rahatlığını üstün tutur. İndi isə, bir telefona ehtiyac duymadan da işləyə bilən bluetooth simsiz qulaqlığı tanıyaq.

Juo Sport Bassının hər kəsə təqdim edilən qulaqlığı, qulaqdan düşməyən dizaynı və arxasında olan maqnitlərilə sizi yarı yolda buraxmayacaq formada yaradıldı. Sahib olduğu microSD kart girişi sayəsində telefonla əlaqə qurmadan da Mp3 kimi bütün musiqi növlərini müvəffəqiyyətlə qulaq asmağa imkan verir. Tək batareya ilə 4 saat musiqi dinləmə imkanı təqdim edən simsiz qulaqlıq, 2 saat ərzində batareyanı tam enerji ilə doldurur.

© Teach.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273