İKT

Galaxy Note 9'un interfeysini istədiyimiz kimi özəlləşdirə biləcəyik
21 İYUN
359

Galaxy Note 9'un interfeysini istədiyimiz kimi özəlləşdirə biləcəyik

2018-06-21 22:44:00

Samsung Note 9 böyük ekran və qələmi ilə öz seqmentində digərlərindən ayrılan bir model olacağı artıq bəllidir. Hər həftə yeni sızıntı şəkillər və ya məlumatlar paylaşılır. Bu gün isə Note 9 modelinin Good Lock proqramı ilə inteqrasiyalı bir şəkildə gələcəyi düşünülür. Bəs bu Good Lock proqramı nədir ?

Samsung tərəfindən hazırlanan və köhnə TouchWiz interfeysini özəlləşdirmək üçün istifadə olunan Good Lock proqramı yenidən reviziya edilib Experience interfeysi üçün hazırlandı.    

Bir neçə gün öncə Şimali Koreyada Samsung tərəfindən yayımlanan Good Lock 2018 bir çox yenilik ilə Experience interfeysini dəyişdirməyə imkan verir. Marsmallow(6.0) üzərində hazırlanan köhnə versiyadan fərqli olaraq bu səfərki versiya Android Nougat(7.0) və Oreo(8.0) ilə mükəmməl işləyir. Əlavə olaraq bir çox yenilik ilə yayımlanıb. Beləki, Good Lock ilə telefonda proqramların açılma animasiyasını, kilid ekranını, widget panellərini, ikonları, ən son açılan proqramlar menyusunda bir çox yenilik və s. dəyişdirmək olacaq. Analistlərin fikirlərinə görə, Note 9 Good Lock ilə inteqrasiyalı gələcək və sadəcə bu modelə uyğun effektlər, funksiyalar, yeniliklər olacaq. Əlbətdəki proqram qlobal şəkildə digər telefonlar və ölkələr üçün də yayımlanacaq. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267