İKT

2019-cu ildə internet televiziya üzərində tamamilə qalib gələcək
21 İYUN
162

2019-cu ildə internet televiziya üzərində tamamilə qalib gələcək

2018-06-21 10:58:00

Onilliklər boyunca əsas məlumat daşıyıcısı olan televiziya tezliklə liderliyini tamamilə itirəcək. Statistikaya görə, internet artıq gələn ildən qlobal miqyasda əsas media olacaq.

Fins.az xəbər verir ki, “Zenith” media agentliyi tərəfindən dərc edilmiş araşdırmada belə proqnoz verilib. Analitiklərin qiymətləndirməsinə görə, 2019-cu ildə planetin hər bir sakini internetdə orta hesabla 170,6 dəqiqə, televizor qarşısında isə yalnız 170,3 dəqiqə vaxt keçirəcək.

İnsanların internetdə keçirdikləri vaxtın artması səbəblərindən biri ucuz smartfonların geniş yayılması və inkişaf etməkdə olan ölkələrdə internetin əlçatan olmasıdır. Bunun nəticəsində hər il yüz milyonlarla yeni istifadəçi internetə daxil olur. “Zenith” agentliyinin nümayəndələri hesab edirlər ki, 2019-cu ildə media istehlakının 25%-i mobil qurğuların payına düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256