İKT

Təmiz Android'də çalışan Xiaomi Mi A2
20 İYUN
467

Təmiz Android'də çalışan Xiaomi Mi A2

2018-06-20 16:59:00

  Hələ bir neçə gün bundan öncə paylaşdığımız xəbərdə Xiaomi Mi A2 haqqında məlumatlar əks olunmuşdur. Bugün isə smartfonun varlığı məşhur AnTuTu testi vasitəsilə təsdiq olunub. Məlum olub ki, təmiz Android ilə çalışan Xiaomi Mi A2 modeli nəinki Mi 6X-dən geri qalmır, hətta onu üstələyir. Smartfonun AnTuTu test nəticələrini internetə PimpiTronic YouTube kanalının ispaniyalı videobloqqer müəllifləri yayıblar. Qeyd etmək lazımdır ki, məhz onlar bu smartfonun ilk görünüşünü təqdim etmişdilər.

    Təqdim olunmuş fotodan da görmək olar ki, Xiaomi Mi A2 AnTuTu testi nəticəsində 134.292 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi 6X həmin testdə 133.086 xal yığmışdır. Məlumata əsasən Xiaomi Mi A2 18:9 nisbətli 5.99 inç ekran, 8 nüvəli Snapdragon 660 prosessoru, 4/6 GB RAM, 32/64/128 GB daxili yaddaş, 12 MP + 20 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 3010 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255