İKT

Dünya mobil trafikinin neçə faizi “5G” şəbəkəsinin payına düşəcək?
20 İYUN
135

Dünya mobil trafikinin neçə faizi “5G” şəbəkəsinin payına düşəcək?

2018-06-20 15:16:00

“Ericsson” şirkəti 2023-cü ilədək dünya mobil trafikinin 20 faizinin beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) payına düşəcəyini, ona qoşulmaların sayının isə 1 milyard təşkil edəcəyini proqnozlaşdırır.

Fins.az xəbər verir ki, ekspertlərin proqnozlarına görə, 2023-cü ilədək mobil şəbəkələrdə trafikin həcmi təxminən 8 dəfə artaraq 107 Ebayt təşkil edəcək. “5G” trafiki hazırda “4G/3G/2G” şəbəkələrində məlumatların ötürülməsi həcmi ilə müqayisədə 1,5 dəfə çox olacaq.

“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək “5G” insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin “5G” standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253