İKT

Yeni “iPhone X”lər köhnələrdən nə ilə fərqlənəcək?
20 İYUN
244

Yeni “iPhone X”lər köhnələrdən nə ilə fərqlənəcək?

2018-06-20 13:07:00

Mobil cihazlar üçün aksesuar istehsalçısı “Olixar” şirkəti şəbəkə istifadəçilərinə yeni “iPhone” smartfonunun mümkün ölçülərini təqdim edib. 

Fins.aza xəbər verir ki, “iPhone X”in yeni versiyası özündən əvvəlkilərindən iri olacaq.

Smartfonun modifikasiyalarından biri 6,5 düym diaqonallı ekrana, digəri isə 6,1 düymlük displeyə malikdir. 

Xatırladaq ki, bundan əvvəlki versiya 5,8 düym ekranla öyünə bilərdi. 

İlkin olaraq bildirilir ki, yeni modellərin təqdimatları 2018-ci ilin sentyabrında “Apple”in keçirdiyi tədbirdə təqdim ediləcək. Bundan başqa, “iPhone SE 2” smartfonunun yeni ucuz (büdcəli) versiyası da təqdim edilə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268