İKT

Bu il təqdim olunacaq 3 iPhone modelinin – ÖLÇÜLƏRİ VƏ MÜQAYİSƏSİ
20 İYUN
273

Bu il təqdim olunacaq 3 iPhone modelinin – ÖLÇÜLƏRİ VƏ MÜQAYİSƏSİ

2018-06-20 12:10:00

Nüfuzlu Mac Otakara saytı bu il təqdim olunacaq 3 iPhone modelinin maketlərinin əks olunduğu videonu təqdim edib. Həmin videoda təqdim olunacaq iPhone modellərinin ölçüləri müqayisə olunub. Videodakı maketlər Asiyanın istehsalçı şirkətlərinin əllərinə keçmiş çertyojlar əsasında hazırlanıb. Beləliklə iPhone X-in bu ilki versiyası növbəti ölçü özəlliklərinə sahib olacaq: 143.65 mm uzunluq, 72.03 mm en və 7.69 mm qalınlıq. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, yeni iPhone X keçən ilki versiyadan 1.1 mm daha enli olacaq.

İstisna deyil ki, bu nəticə çertyojda mümkün ola bilən kiçik səhv ucbatından da əmələ gəlsin. 6.4 inç OLEDekrana sahib olacaq böyük iPhone modeli isə növbəti ölçü göstəricilərini əldə edəcək: 157.53 mm uzunluq, 77.44 mm en və 7.85 mm qalınlıq. iPhone X Plus həminki ötürücü ölçülərinə sahib olacaq. Bu isə o deməkdir ki, onun kamerası keçən ilki iPhone X-dəki kimi olacaq. 6 inç ekrana sahib olacaq iPhone modeli növbəti ölçüləri özündə birləşdirəcək: 150.91 mm uzunluq, 75.72 mm en və 8.47 mm qalınlıq. Bu, əvvəlki iki model iPhone arasında olan orta ölçü göstəriciləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252