İKT

"Google"dan Çin internet mağazasına 550 milyon dollar!
20 İYUN
143

"Google"dan Çin internet mağazasına 550 milyon dollar!

2018-06-20 11:34:00

ABŞ-ın "Google" şirkəti Çinin "JD.com" internet mağazasına 550 milyon dollar vəsait yatıracaq. 
Fins.az-ın verdiyi məlumata görə, şirkət "JD.com"un 27 milyon ədəddən çox A kateqoriyalı yeni buraxılmış adi səhmlərini əldə edəcək. 
Hər iki şirkətdən bildiriblər ki, pərakəndə ticarət infrastrukturunun inkişafı üzərində birgə işləyəcəklər. “Bu tərəfdaşlıq bütün dünya üzrə istehlakçılara yüksək səviyyəli pərakəndə şoppinq üçün geniş imkanlar açır. Anlaşma dünya riteylinin müasirləşdirilməsi yolunda vacib addımdır”, deyə “JD.com”un strateji məsələlər üzrə direktoru Tszyanven Lyao söyləyib.
"Google"un Çinin online ticarət platformasına yatırımdan əldə edəcəyi fayda Asiya bazarlarında təsirini daha da möhkəmləndirməkdən ibarət olacaq. Həmçinin, bu addım hazırda "Amazon"un söz sahibi olduğu ABŞ-ın internet ticarəti bazarında dəyişikliklərə gətirib çıxaracaq.
”JD.com” 1998-ci ildə yaradılıb.

Eləcə də bax: WhatsApp-dan əhəmiyyətli Android açıqlaması!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253