İKT

Bu il mobil operatorlar 350 mln. manat gəlir əldə edib
14 İYUN
165

Bu il mobil operatorlar 350 mln. manat gəlir əldə edib

2018-06-14 12:28:00

Cari ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 715,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,3% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,8%-i və ya 349,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253