İKT

ABŞ kəşfiyyatından çağırış: Rusiyaya gedəndə mobil cihaz götürməyin!
14 İYUN
206

ABŞ kəşfiyyatından çağırış: Rusiyaya gedəndə mobil cihaz götürməyin!

2018-06-14 11:08:00

ABŞ kəşfiyyatı Rusiyada sabah başlayacaq futbol üzrə Dünya Kuboku matçlarına tamaşa etməyə gedən amerikalılara xəbərdarlıq edib.
Fins.az xəbər verir ki, ABŞ-ın Milli Əks-Kəşfiyyat Mərkəzinin direktoru Uilyam Evanina vətəndaşlara müraciətlə deyib ki, özləri ilə mobil telefon və digər elektron cihazlar götürməsinlər. O bildirib ki, bu cihazlara Rusiya kəşfiyyatı və ya kibercinayətkarlar tərəfindən hücum edilməsi və oradakı məlumatların ələ keçirilməsi ehtimalı var. “Əgər siz özünüzlə mobil telefon, leptop və ya digər elektron cihazlar götürməyi planlaşdırırsınızsa, şübhəniz olmasın ki, Rusiya hökuməti və ya kibercinayətklarlar bu cihazlarda olan məlumatları əldə etməyə çalışacaqlar”.
U. Evanina qeyd edib ki, ən çox rəsmi şəxslər və şirkətlərin nümayəndələri ehtiyatlanmalıdır: “Lakin cəmiyyətdə əhəmiyyətsiz mövqe tutduğunu düşünənlər də hücuma məruz qala bilər. Əgər siz elektron cihaz olmadan hərəkət edə bilərsinizsə, onları özünüzlə götürməyin. Vacibdirsə, daimi istifadə etdiyiniz cihazı yox, başqasını götürün”.
Qeyd edək ki, təxminən 35 min amerikalı Rusiyaya səfər etməyə hazırlaşır.
Britaniya xüsusi xidmət orqanları da milli komandanın oyunçularına və azarkeşlərə analoji çağırışla müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253