İKT

“iPhone X” iki həftə suda qaldı və... – VİDEO
13 İYUN
339

“iPhone X” iki həftə suda qaldı və... – VİDEO

2018-06-13 09:56:00

“YouTube”da “Man+River” kanalının aparıcısı olan bloger Dallas çayında (ABŞ) maraqlı tapıntı edib.

Fins.az xəbər verir ki, çayda müxtəlif əşyaların axtarışı ilə məşğul olan bloger bu dəfə “iPhone X” tapıb. O, smartfonu çayın dibindən götürüb və fenlə qurudub. Cihaz işləməyə başlayıb. Bloger smartfonun sahibini müəyyənləşdirə bilib.   

“iPhone X”un çayın dibində 2 həftəyə yaxın qaldığı məlum olub. Maraqlıdır ki, cihaz IP67 standartı üzrə rütubətdən qorunsa da, lakin bu texnologiya smartfonun suda cəmi 30 dəqiqə qalmasına imkan verir. Bu səbəblə, cihazın 2 həftə suyun içində qalmasına rəğmən, işləməyə davam etməsi təəccüblə qarşılanıb.    

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254