İKT

"Instagram" sosial şəbəkəsinin işində problemlər yaranıb
13 İYUN
156

"Instagram" sosial şəbəkəsinin işində problemlər yaranıb

2018-06-13 09:26:00

"Instagram" sosial şəbəkəsinin Azərbaycan da daxil olmaqla bütün dünya üzrə istifadəçiləri xidmətin işində problemlərin yarandığını bildiriblər.

Fins.az xəbər verir ki, bu barədə məşhur internet resursları və operatorlarda yaranan problemləri izləməklə məşğul olan "Outage Down Detector" portalı məlumat yayıb.

Bildirilir ki, xidmətin işində texniki nasazlıq bir sıra Avropa, Şimali və Cənubi Amerika ölkələrində, həmçinin Asiya dövlətlərində müşahidə olunur.

Portalın məlumatına görə, "Instagram" istifadəçilərinin 26 faizi əkkaunta daxil olmaqla bağlı problemlər, 45 faizi xəbərlərin yüklənməsində yaranan çətinliklər, 27 faizi isə veb-saytla işləyən zaman kəsilmələrdən şikayətlənir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253