İKT

Milyonlarla istifadəçi “Twitter”siz qaldı
11 İYUN
382

Milyonlarla istifadəçi “Twitter”siz qaldı

2018-06-11 23:33:00

“Twitter” sosial şəbəkəsi rəsmi olaraq “Windows Phone 8.1” əməliyyat sistemi ilə istifadə edilən cihazları dəstəkləməyi dayandırıb.
Fins.az xəbər verir ki, sosial şəbəkə milyonlarla istifadəçi üçün əlçatmaz olub.
“Twitter” bu ilin iyunun 1-dən “Windows 10 Mobile” sistemini dəstəkləməyi dayandıracağını elan edib. Bundan başqa, istifadəçilər yeni “Twitter lite” xidmətini də istifadə edə bilmirlər. Belə ki, sosial şəbəkəyə daxil olmaq cəhdləri onları saytın köhnə mobil versiyasına yönləndirir. O isə səhvlərlə işləyir və məlumatları dərc etməyə imkan vermir. 
Mayın sonunda “Twitter” Bolqarıstandan olan çoxlu sayda istifadəçilərin akkauntlarının fəaliyyətini dayandırıb. Onlar kiril hərflərini istifadə etdikləri üçün sosial şəbəkə onları “saxta” ruslar kimi qəbul edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255