İKT

Dünya saytlarına yeni virus hücum edib
11 İYUN
251

Dünya saytlarına yeni virus hücum edib

2018-06-11 15:51:00

“Defiant” şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri “WordPress” platformalı saytlara hücum edən “BabaYaga” adlı yeni virus aşkarlayıblar.
Fins.az xəbər verir ki, zərərli proqram təminatı “WordPress” platforması bazasında saytlara müdaxilə üçün nəzərdə tutulub. Virusa yoluxmuş səhifələr istifadəçiləri müxtəlif ticarət platformalarına yönəldir və orada alış-veriş edilən zaman haker mağazanın mədaxilindən öz payını götürür.
Məlumata görə, virus iki moduldan ibarətdir: birincisi, boşluğa malik saytlara spam istinadlarını tətbiq edir, ikincisi isə cinayətkarlara zərərli proqrama yoluxmuş səhifələrə nəzarət etməyə imkan verir.
Maraqlıdır ki, “BabaYaga” yoluxdurulan sayta qoşulmağa çalışan digər zərərli proqramları məhv edir. Bundan başqa, virus öz qurbanlarının saytlarını müstəqil yeniləyə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259