İKT

Apple, iPhone modellərində artıq 2 kameradan istifadə etməyə bilər
11 İYUN
175

Apple, iPhone modellərində artıq 2 kameradan istifadə etməyə bilər

2018-06-11 11:50:00

Apple şirkəti də Portret mod üçün 2-ci bir kamera istifadə edən istehsalçılardan biridi. Lakin ortaya çıxan yeni patentlərə görə, şirkət 2 kameradan imtina etmək kimi niyyəti var. Əsas məqsəd aşağı bütcəli modellər üçün 2 kameranın funksiyalarını 1 kamera ilə verərək həm qiymətləri azaltmaq, həm də alıcı kütləsini razı etməkdir. Deyilən başqa fikirlərə görə isə, Apple bu patent ilə Selfie kamerasına(Ön kamera) portret mod və digər modları tək kamera ilə gətirmək istəməsidir.

Patentin adı isə "Piksel dərinliklərini təyin etmək üçün görüntü sensorları" olaraq qeyd olunub və 2013-dən bu yana təkminləşdirilir.    

Hal-hazırda mobil cihazlar arasında Google Pixel modelləri tək kamera ilə 2 kameranın bütün funksiyalarını istifadəçilər üçün təmin edir. Yəni Bokeh(Portret) mod və HDR dəstəyi üçün 2-ci bir telefoto lensə ehtiyac qalmır. Belə görünür Apple da eyni mühəndislik taktikasını etməyi planlayır. Patent xəbərini eşidən analistlərin ilk düşündükləri Apple sadəcə Pixel lensləri kimi istifadə edəcək mi, yoxsa daha təkminləşdirilmiş bir kamera sistemi görə biləcik mi ? Apple şirkətinin cavabını sonrakı illərdə görəcik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269