İKT

Microsoft-dan Yaxşı Xəbər! Visual Studio 2019 Gəlir!
11 İYUN
157

Microsoft-dan Yaxşı Xəbər! Visual Studio 2019 Gəlir!

2018-06-11 10:24:00

Microsoftun müvəffəqiyyətli inkişaf etdirici vasitəsi Visual Studio, 2019 versiyası ilə yenidən gəlir. Hələ çıxış tarixi dəqiqləşməyən Visual Studio 2019-un, bir sıra yeni xüsusiyyəti özü ilə gətirməsi gözlənilir.
Microsoft, bu gün inteqrasiya edilmiş inkişaf sisteminin yeni versiyası olan Visual Studio 2019-u rəsmi olaraq elan etdi. Versiyanın çıxış tarixi hələ müəyyən edilməsə də qarşıdakı bir neçə ay içində istifadəyə hazır olması gözlənilir.
Əsas mənada daha sürətli, daha etibarlı və daha asan istifadəyə imkan verəcək versiyanın; istifadəçilərinin məhsuldarlığı potensialını ortaya çıxara biləcəyinə əmin olan Microsoft cəbhəsi, Visual Studio 2019 haqqında son dərəcə iddialı görünür.
Visual Studio 2019-un əməliyyat sistemi ehtiyaclarının standart olacağının sözünü verən Microsoft qrupu, Visual Studio 2019-un, Windows 10 əvvəli versiyalarda da dəstəklənərək geniş bir kütləyə çatmasını ümid edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267