İKT

“Azərkosmos”a sədr müavinləri təyin edilib
11 İYUN
252

“Azərkosmos”a sədr müavinləri təyin edilib

2018-06-11 09:39:00

 “Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib.

Fins.az Report-a istinadən xəbər verir ki, bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.

Xatırladaq ki, D.Bədirxanov 2009-cu ildə Sankt-Peterburq (Rusiya) Dövlət Universitetinin “Riyaziyyat-Mexanika” fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2011-ci il aprel ayında “Azərkosmos”un Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb, 2012-2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi, 2013-2016-cı illərdə Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri, 2016-2018-ci illərdə isə Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifələrində işləyib.

R.Rüstəmov isə 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə NRYTN yanında “Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-ci illərdə “Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-2018-ci illərdə NRYTN yanında “Azərkosmos”un sədr müavini vəzifələrində işləyib. 

Eləcə də bax: “Samsung Galaxy J3” və “Galaxy J7” smartfonlarının yeni versiyası – TƏQDİM EDİLDİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256