İKT

2017-ci ildə haker hücumları nəticəsində istifadəçilərə dəymiş zərərin – HƏCMİ AÇIQLANDI
10 İYUN
344

2017-ci ildə haker hücumları nəticəsində istifadəçilərə dəymiş zərərin – HƏCMİ AÇIQLANDI

2018-06-10 16:29:00

“Symantec” antivirus proqram təminatı istehsalçısı kibercinayətkarlıqla bağlı araşdırmanın nəticələrini açıqlayıb. 2017-ci ildə hakerlər internet istifadəçilərinə 172 milyard dollar məbləğində zərər vurublar.
Fins.az xəbər verir ki, ümumilikdə kiberfırıldaqçılıqdan dünyanın 20 ölkəsindən (Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Honkonq, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Niderland, Yeni Zelandiya, BƏƏ, Sinqapur, ABŞ, İsveç, Fransa və Yaponiya) 978 milyon nəfər zərərə məruz qalıb.
Zərərə məruz qalmış 978 milyon istifadəçinin 53%-i virusların, 38%-i bank kartları ilə əlaqədar fırıldaqçılığın, 34%-i isə fərdi hesablardan məlumatların oğurlanmasının qurbanı olublar.
Çində 352 milyon, Hindistanda 186,5 milyon, ABŞ-da isə 144 milyon nəfər haker hücumuna məruz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254