İKT

“Samsung Galaxy J3” və “Galaxy J7” smartfonlarının yeni versiyası – TƏQDİM EDİLDİ
10 İYUN
329

“Samsung Galaxy J3” və “Galaxy J7” smartfonlarının yeni versiyası – TƏQDİM EDİLDİ

2018-06-10 16:26:00

“Samsung Electronics” şirkəti ABŞ-da “Galaxy J3” və “Galaxy J7” smartfonlarının yeni versiyalarını təqdim edib.
Fins.az xəbər verir ki, “Samsung Galaxy J3” (2018) aparatı HD (720x1280 piksel) təsvir ölçülü 5 düymlük ekran, 5 və 8 meqapiksellik kameralar,  dördnüvəli “Exynos 7570” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş (“microSD” formatlı kartların köməyi ilə yaddaşın tutumunu 256 QB-dək artırmaq mümkündür) ilə təchiz edilib.
“Samsung Galaxy J7” (2018) smartfonu 5,5 düymlük HD (720x1280 piksel) təsvir ölçülü ekran, 13 meqapiksellik ön və əsas kameralara malikdir.
2 SİM-kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.2 LE”, “GPS” və “FM” radio, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor quraşdırılıb. Smartfon “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
2018-ci ilin iyununda satışa çıxarılacaq “Samsung Galaxy J3” və “Galaxy J7” smartfonlarının qiyməti hələ ki məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254