İKT

Yeni idarəetmə sistemi: Samsung ekrana yerləşdirilmiş barmaq skanı və düymələrin patentini aldı
10 İYUN
372

Yeni idarəetmə sistemi: Samsung ekrana yerləşdirilmiş barmaq skanı və düymələrin patentini aldı

2018-06-10 15:53:00

  Hal hazırda ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası yeni trendi əmələ gətirir və Samsungşirkəti bu texnologiyadan istifadənin bir neçə üsulunu nəzərdən keçirdir. Belə ki, şirkətin yeni patentində ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası və “fiziki” düymələr əks olunub. Yeni patentə əsasən “fiziki” düymələr və barmaq izi skanı texnologiyası cihazda qalacaq. Sadəcə onlar birbaşa ekrana inteqrasiya olunacaqlar və istifadəçilər lazımi əmrləri yerinə yetirmək üçün onlarla qarşılıqlı əlaqədə ola biləcəklər.

Bununla belə həmin düymələrin ölçülərini proqram təminatı vasitəsilə dəyişmək olacaq. Bundan əlavə olaraq düymələr müəyyən vəziyyətdən asılı olaraq müxtəlif funksiyalara sahib ola biləcəklər. Məsələn kameranın və tətbiqlərin sürətli işə salınması, online ödənişlərin reallaşdırılması və ya səsli köməkçinin işə salınması. Nəticədə düymələrin və barmaq izi skanı texnologiyasının ekrana inteqrasiya olunması nəticəsində cihaz ekranın korpusa 90% nisbətini əldə edəcək. Bu isə hal hazırki Galaxy S9-dan 6% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254