İKT

Facebook Messenger'in can sıxan bildirimini deaktiv etmək mümkün olacaq
10 İYUN
282

Facebook Messenger'in can sıxan bildirimini deaktiv etmək mümkün olacaq

2018-06-10 15:50:00

Messenger proqramı mobil cihazlarda Facebook üzərindən əlaqə qurmaq üçün istifadə edilsə də, bir çox bug(problem) və sevilməyən funksiyaları ilə istifadəçilər tərəfindən mənfi rəylər alır. Facebook F8 konfransı zamanı Messenger'in tamamilə yeniləyəcəklərini və həmçinin o vaxta qədər proqramı təkminləşdirməyə davam edəcəklərini bildirdilər. İndi isə Facebook'da dostluğa kimisə qəbul etdikdə mesaj qutusuna gələn, eləcə də proqramın ikonu üzərində göstərilən bildirimləri deaktiv etmək olacaq.

"Artıq Messenger'də bağlantınız var" bildirimini bir sonrakı versiyalarda deaktiv etmək mümkün olacaq.    

Buzzfeed platformansında Katie Notopoulos tərəfindən yazılan bir məqalə istifadəçilər tərəfindən çox sevilincə, Facebook mənfi rəyləri nəzərə aldı. Facebook rəsmiləri bu haqda öz fikirlərini belə bildirdilər: 

Bir çox insan, Facebook Messenger'ə qatılan dostları haqqında gələn bildirimlərdən razıdılar. Beləcə onlar ilə daha rahat əlaqə saxlaya bilirlər. Amma yenə də hərkəsi düşünməliyik. Ona görə bildirimlər ilə bağlı bəzi yeniliklər üzərində işləyirik.    

Əgər istifadəçiləri həqiqətən nəzərə alıblarsa bir sonrakı yenilənmələrdə "Artıq Messenger'də bağlantınız var"bildirimini deaktiv etmək mümkün olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255