İKT

“Apple Watch” parkinson xəstəliyini erkən mərhələdə aşkar edəcək
08 İYUN
197

“Apple Watch” parkinson xəstəliyini erkən mərhələdə aşkar edəcək

2018-06-08 14:42:00

Proqramçılar tərəfindən təqdim edilmiş yeni proqram istifadəçinin əllərinin titrəyişini izləyəcək.

Fins.az xəbər verir ki, “Apple Watch” üçün “ResearchKit” proqramı parkinson xəstəliyinin simptomlarını tanıyır. Proqram təminatı “WatchOS 5” sisteminin nümayişi zamanı təqdim edilib.

Proqram xəstəliyin 2 əsas simptomunu qeydə alacaq: əllərin titrəyişini və diskineziya. “Ağıllı” saat bu simptomları aşkar edən kimi istifadəçiləri xəbərdar edəcək. Parkinson xəstəliyinin erkən mərhələdə aşkar edilməsi çox mühümdür.

Hazırda “ağıllı” saatlar yalnız istifadəçilərin ürək döyüntüsünə nəzarət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267