İKT

Azərbaycanda informasiya sistemlərinin sındırılması halları artıb
08 İYUN
251

Azərbaycanda informasiya sistemlərinin sındırılması halları artıb

2018-06-08 14:27:00

Son 3 il ərzində Azərbaycanda informasiya sistemlərinin sındırılması halları əhəmiyyətli dərəcədə artıb.

Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “BIS Summit 2018” konfransı zamanı “Financial Chain Corporation” şirkətinin informasiya təhlükəsizliyi üzrə direktoru Aleksandr Tvaradze deyib.

O bildirib ki, bir çox strukturlar bu cür məlumatları paylaşmaqda maraqlı deyillər:

“Bizim məlumatlarımıza əsasən, 500-1000 manat həcmində kiçik oğurluqdan tutmuş, 30-50 min avroluq iri oğurluğadək çoxlu sayda faktlar qeydə alınıb. Oğurluqlar fişinq, daxili sistemin sındırılması, eləcə də insayderlər tərəfindən sui-istifadə vasitəsilə həyata keçirilir”.

Ekspert hesab edir ki, hazırda bazarda təhlükəsizlik sistemlərinin tətbiq olunmasının vaxtı çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258