İKT

16MP-lik ön kamerası ilə gerçək bir selfie canavarı olan – Xiaomi Redmi Y2
08 İYUN
1289

16MP-lik ön kamerası ilə gerçək bir selfie canavarı olan – Xiaomi Redmi Y2

2018-06-08 13:38:00

Çinli ağıllı telefon istehsalçısı Xiaomi, şirkətin 'selfie mərkəzli' yeni ağıllı telefonu Redmi Y2-ni rəsmi olaraq tanıdıb. Flaş dəstəkli 16MP həllolma dəqiqliyində bir ön kameraya sahib olan Xiaomi Redmi Y2, ön kamerasında olan süni zəka dəstəkli portret rejimi və süni zəka dəstəkli gözəlləşdirmə xüsusiyyətləri sayəsində ən yaxşı keyfiyyətdə selfie-lər çəkə bilməyi zəmanət edir.
Fins.az xəbər verir ki, Xiaomi, 6 düym böyüklüyündəki ekran istehlakçılara təqdim edir. Android 8.1 üzərinə qurulmuş olan MIUI 9.5 versiyası ilə satışa çıxan Redmi Y2, Xiaomi-nin açıqlamasına görə İyun ayı sona çatmadan MIUI 10 yeniləməsini alacaq.


Xiaomi Redmi Y2 Xüsusiyyətlər
Prosessor: Snapdragon 625 
RAM: 3GB / 4GB 
Saxlama: 32GB / 64GB 
Ekran: 6 düym HD 
Arxa Kamera: 12MP, f / 2.2 5MP 
Ön Kamera: 16MP, f / 2.0 
Batareya: 3.080mAh 
Əməliyyat Sistemi: Android 8.1 Oreo

Qızılı, gül qızıl və tünd boz olmaqla 3 fərqli rəng variantı ilə satışa çıxacaq olan Xiaomi Redmi Y2-nin 3GB RAM-lı versiyası 32GB yığma sahəsinə sahib olacaq. 4GB RAM-lı Redmi Y2-də isə 64GB yığma sahəsi olacaq.

© Teach.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269