İKT

Gəlmiş keçmiş ən yaxşı kameraya sahib smartfondan Yeni Xəbərlər!
08 İYUN
535

Gəlmiş keçmiş ən yaxşı kameraya sahib smartfondan Yeni Xəbərlər!

2018-06-08 12:56:00

Google Pixel 3 və Pixel 3 XL indi smartfon bazarının ən gözlənilən cihazları arasındadır. Telefonla əlaqədar məlumatlar o qədər nadir və dərindən gəlir ki həyəcan addım-addım yüksəlməyə davam edir.
Google Pixel 3 və 3 XL-ı gözləyənlər üçün pis olmasını gözlədiyimiz yalnız bir hadisə var: Qiyməti. Onun xaricində telefonun bu ana qədər sızdırılan dizaynı mükəmməldir, təchizat xüsusiyyətləri qüsursuza yaxındır və kamerası da bu ana qədər edilmiş ən yaxşı ağıllı telefon kamerası ola bilər.
Yeni xəbərlərə görə Google, cihazlarında bir strategiya dəyişikliyinə gedərək ekran ölçüsünü bir az daha yuxarı çəkdi. Buna görə daha əvvəl 5 düym olması planlanan Pixel 3ün ölçüsü 5.3-ə çəkildi. Pixel 3 XL üçün də vəziyyət eynidir: 6 düym olması gözlənilən cihaz, 6.3 düym olaraq gələcək.


Əlbəttə bu qərarda, müştərilərin zövqünü oxşamaq istəyən Google-un psixoloji bir səbəbi yatır: Ağıllı telefon bazarının hər sahədə 'ən böyük' telefonunu etmək. Samsung Galaxy S9 + ın 6.2 düym ölçüsündə olduğu düşünülsə, bu qərar heç də təəccüblü deyil.
Son olaraq, deyilənlərə görə: Google-un Pixel 3 və Pixel 3 XL-nin yanında bir ağıllı telefon çıxarma planı daha var. Əgər iqtisadi cəhətdən bu iki model sizi çətinliyə salacaqsa Google, Pixel 3 üçün orta seqment modelini planlaşdırdığını söyləyək. Lakin digər iki modellə birlikdə təqdim ediləcəkmi, orası hələ müəyyən deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260