İKT

Galaxy Note 9-un dizaynını ortaya qoyan render videosu yayılıb
08 İYUN
286

Galaxy Note 9-un dizaynını ortaya qoyan render videosu yayılıb

2018-06-08 11:54:00

 İnternetdə Galaxy Note 9 modelinin zavod çertyojları əsasında hazırlanmış render videosu yayılıb. Videodan da görmək olar ki, xarici görünüşcə Galaxy Note 9 keçən ilki Galaxy Note 8-dən o qədər də fərqlənməyəcək. İki model arasında nəzərə çarpacaq bir fərqlilik ondan ibarətdir ki, Galaxy Note 9-un arxa kamerasının vəziyyəti üfüqi şəkildə qalıb, lakin barmaq izi skanı texnologiyası bu dəfə kameranın düz aşağı hissəsində yerləşdirilib. Əgər smartfonun dizaynı həqiqətən də belə olsa, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasının Galaxy Note 9-da olacağına ümid etmək lazım deyil. Dizayn baxımından yerdə qalan bütün göstəricilər barəsində Note 9 keçən ilki Note 8-dən heç də fərqlənmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259