İKT

Xiaomi, MIUI 10 yenilənməsinin hansı telefonlara gələcəyini rəsmi olaraq açıqladı
08 İYUN
177

Xiaomi, MIUI 10 yenilənməsinin hansı telefonlara gələcəyini rəsmi olaraq açıqladı

2018-06-08 11:50:00

MIUI 10 interfeysi Xiaomi konfransında Mi 8 modeli ilə birliktə tanıdıldı və o gündən hərkəsə maraqlı olan bu oldu ki, MIUI 10 yenilənməsi digər telefonlar üçün nə vaxt yayımlanacaq. Redmi Y2 modelinin təqdimatı zamanıXiaomi, MIUI 10 Beta versiya üçün yayımlanma tarixin və hansı telefonlara gələcəyini bildirdi.

MIUI 10 Beta gələn həftədən istifadəyə açıq olacaq. Stabil versiya Sentyabr ayında aşağıdakı modellər üçün yayımlanacaq.    

MIUI 10 yenilənməsinin ən fərqli cəhəti sistemin AI(Süni Zəka) dəstəyinə malik olması və bir çox estetik yeniliklər ilə istifadəçilər üçün hazırlanmasıdır. Digər versiyalara nəzərən bu versiya Android Oreo ilə birliktə gələcək və daha stabil/sürətli olacaq. Rəsmi olaraq açıqlanan məlumatlara görə aşağıdakı modellərə MIUI 10 yenilənməsi gələcək.

  • Mi Mix 2, Mi 6, Mi 5s Plus, Mi 5s, Mi 5, Mi 4, Mi 3, Mi Note 2, Mi Max 2, Mi Max
  • Redmi Note 5 Pro, Redmi Note 5A, Redmi Note 5A Prime, Redmi Note 4, Redmi Note 4X, Redmi Note 3
  • edmi 5, Redmi 5A, Redmi 4, Redmi 4A, Redmi 3S, Redmi Y2, Redmi Y1 lite, Redmi Y1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255