İKT

"Facebook"da yeni qalmaqal: 14 milyon istifadəçinin məlumatları açıq qaldı
08 İYUN
135

"Facebook"da yeni qalmaqal: 14 milyon istifadəçinin məlumatları açıq qaldı

2018-06-08 11:25:00

“Facebook” sosial şəbəkəsində yenidən istifadəçilərin məlumatlarının sızması halı baş verib.

Fins.az xəbər verir ki, proqram təminatındakı yanlışlıq 14 milyon istifadəçinin məlumatlarının açıq qalması ilə nəticələnib.

Şirkətin təhlükəsizlik bölməsinin rəhbəri Erin İqan bildirib ki, xəta sosial şəbəkədə paylaşımlara dair yeni funksiyaların sınaqdan keçirilməsi zamanı baş verib. Belə ki, “Facebook”da istifadəçi sonuncu dəfə konfidensiallığı necə qurubsa, istifadəçi özü onu dəyişməyənə qədər elə qalır. Mütəxəssislər foto yerləşdirməyə dair yeni funksiyanı test edərkən proqram xətası ona gətirib çıxarıb ki, istifadəçilərin bütün yeni paylaşımları hamı üçün açıq olub. Bu, mayın 18-dən 27-nə qədər olan dövrü əhatə edib. Şirkət bildirib ki, yanlışlıq aradan qaldırılıb.

Xatırladaq ki, ötən günlərdə “Facebook”un istifadəçilərin şəxsi məlumatlarını smartfon istehsalçıları üçün açdığı məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267