İKT

“AppStore”un ən populyar tətbiqləri açıqlandı – TOP-10
06 İYUN
242

“AppStore”un ən populyar tətbiqləri açıqlandı – TOP-10

2018-06-06 13:53:00

“Apple” şirkəti “AppStore” mağazasında ən populyar tətbiqlərin TOP-10-nu elan edib.
Fins.az xəbər verir ki, bu siyahı “Apple Design Award” mükafatı çərçivəsində tərtib edilib.
Ən populyar proqramların siyahısına bütün “Apple” cihazlarında, “iPhone”, “Mac” və “iPad” daxil bütün cihazlarda işləyən proqramlar daxil edilib. 
TOP-10-un lideri “Agenda” tətbiqi olub ki, bu da istifadəçilərə qeydlər yaratmağa imkan verir. Onun ardınca musiqi yaradan “Bandimal” proqramı qərarlaşıb. İlk üçlüyü isə “Calzy” kalkulyatoru qapayır.
Dördüncü və beşinci yerləri tərcüməçi “iTranslate Converse” və cərrahiyyədə qan itirməni müəyyən etməyə imkan verən “Triton Sponge” tətbiqləri tutub.
İkinci beşliyə isə “Florence” oyunu, “Oddmar”, “Insadie” pazlı, “Frost” və “Alto's Odyssey” oyunu daxil edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256