İKT

İsmayıllıda qasırğa nəticəsində yaranan rabitə problemləri qismən aradan qaldırılıb
06 İYUN
200

İsmayıllıda qasırğa nəticəsində yaranan rabitə problemləri qismən aradan qaldırılıb

2018-06-06 12:25:00

“Aztelekom” MMC-nin İsmayıllı telekommunikasiya qovşağının xidmət zonasında leysan və qasırğa nəticəsində yaranmış qüsurlar qismən aradan qaldırılıb.

Bu barədə MMC-dən bildiriblər.

Qeyd olunub ki, qəza xidməti briqadaları bərpa işlərini davam etdirir:

“Qasırğa ilə müşayiət olunan leysan yağışları şənbə günü İsmayıllı və Göyçay rayonlarında müşahidə olunub. Qəza briqadaları dərhal bərpa işlərinə başlayıb ki, bu da rabitə xidmətlərinin qismən bərpa olunmasına imkan verib. Dayaq dirəklərinin quraşdırılması, yeni kabellərin döşənməsi, abunəçilərin şəbəkəyə qoşulması üçün vaxt tələb olunur. Bərpa işləri davam etdirilir”.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255