İKT

Azərbaycanda məhkəmə fəaliyyətinin qiymətləndirilməsi üçün elektron sistem yaradılır
06 İYUN
176

Azərbaycanda məhkəmə fəaliyyətinin qiymətləndirilməsi üçün elektron sistem yaradılır

2018-06-06 11:27:00

Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabat elektron sistem tərəfindən avtomatik hazırlanacaq.

Fins.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin "Elektron Məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, artıq belə bir elektron sistemin yaradılması üzərində iş gedir: "Elektron sistemdə hakimlərin məhkəmədə çıxardığı qərarları və onlarla bağlı Apelyasiya Məhkəməsinin münasibəti əsasında hakimlərin qiymətləndirilməsi meyarından istifadə olunacaq. Elektron qiymətləndirmə sistemi gələcəkdə vəkillərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Vəkillər Kollegiyasının sistemində də yaradılsa, müsbət hal olar".

Ramin Qurbanov qeyd edib ki, vəkillərə hüquqi müdafiə bağlı ödəmələrin elektron qaydada köçürülməsi vacibdir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253