İKT

Yeni mobil əlavə sayəsində hər kəs astronavt ola bilər
06 İYUN
189

Yeni mobil əlavə sayəsində hər kəs astronavt ola bilər

2018-06-06 11:04:00

inlandiyada işlənib hazırlanan yeni mobil əlavə sayəsində hər kəs kosmosa səyahətə hazırlaşa bilər. Bu barədə “Space Nation” şirkətinin təsisçisi və kontent-meneceri Məzdək Nəssir məlumat verib. 

Əlavə müxtəlif tapşırıqlar, oyunlar və testlər təqdim edir. İstifadəçi bu cür treninq sayəsində öz fiziki və psixoloji keyfiyyətlərini, habelə sosial vərdişlərini inkişaf etdirə bilər. Hazırlıq sistemi hər kəsə uyğunlaşdırılıb.

NASA ilə əməkdaşlıq edən şirkət BMT-nin Dünya Turizm Təşkilatının kosmik turizmlə bağlı yeganə üzvüdür. Şirkətin maliyyələşdirilməsi və irəlilədilməsi ilə məşhur “Qəzəbli quşlar” layihəsinin müəllifi Peter Vesterbak məşğul olur.

Mobil əlavənin 12 ən münasib istifadəçisi daha dərin hazırlıq keçmək üçün seçiləcək və onların ən yaxşısı kosmosa göndəriləcək. Şirkət hər il kosmosa bir nəfər göndərmək niyyətindədir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259