İKT

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur
05 İYUN
187

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

2018-06-05 16:10:00

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell”in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və uşaqlar üçün internetdən istifadənin daha təhlükəsiz olmasını təmin edən internet paketləri artıq 4G şəbəkəsində də fəaliyyət göstərir. Bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qoruya biləcəklər.

“Uşaqların təhsili və inkişafında İnternetin rolu çox böyükdür. Lakin biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. İnternet mühitində uşaqlarımızın diqqətindən uzaq saxlamaq istədiyimiz xeyli zərərli məzmun var. Buna görə də Bakcell və ENGİNET valideynlərəarzuolunmaz veb-səhifələri filterdən keçirmək və onlara girişi məhdudlaşdırmaq imkanı verib. Bu məhsulatələbat günü-gündən artmaqdadır. Bakcell ENGİNET ilə birgə virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək üçün bu gözəl fürsəti yaradıb”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.

Xatırladaq ki, ENGİNET şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. “Təhlükəsiz İnternet Paketləri”ni alan Bakcell müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyüklər üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya biləcəklər.

“ENGİNET Azərbaycanda ilk şirkətdir ki “İnternet Filtrasiya Xidməti”ni fərdi bazarda təklif edir və bizim peşəkar komandamız bu məhsulu daha da keyfiyyətli etmək üçün vaxtaşırı olaraq müvafiq yenilənmə işləri həyata keçirir. Dünyada hər gün bir milyondan artıq veb-səhifə yaradılır və bizim də “qara siyahı” sistemimiz buna uyğun olaraq gündəlik yenilənir. Bu yaxınlarda isə axtarış sistemimizə “qara açar sözləri” üzrə daha bir yenilik tətbiq ediləcək”, deyə ENGİNET şirkətinin Marketinq şöbəsinin rəhbəri Elmira Abasova bildirib.

Qeyd edək ki, ENGİNET şirkəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində Təhlükəsiz İnternet Layihəsinin icrasına başlayıb. Layihənin ilkin mərhələsində Sumqayıt şəhərinin orta məktəblərində “Təhlükəsiz İnternet” mövzusunda açıq dərsləri təşkil edilir.

Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinəvə sosial rifahının yaxşılaşdırılmasınatöhfə verilir. Uşaqlar üçün təhlükəsiz internet həllinin təklif olunması da bu fəaliyyətin bir hissəsidir.

Uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün siz sadəcə *134#10#YESyığaraqBakcell şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etməlisiniz. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər.

Aktivləşdirmə prosesində arzuolunmaz məzmun sistem vasitəsilə sizin mobil internet paketinizdən avtomatik olaraq filtrasiya ediləcək.

“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259