İKT

WhatsApp, qarşımızdakı dövrdə hansı cihazlarda işləməyi dayandıracaq?
05 İYUN
213

WhatsApp, qarşımızdakı dövrdə hansı cihazlarda işləməyi dayandıracaq?

2018-06-05 14:56:00

Dünyanın ən geniş istifadəçi kütləsinə sahib mesajlaşma tətbiqi olan WhatsApp, istifadəçilərinin ehtiyaclarını və tələblərini cavablandırmaq üçün tətbiqə hər keçən gün yeni xüsusiyyətlər əlavə etməyə davam edir. Problem budur ki; tətbiqə gələn hər yeni xüsusiyyət, köhnə əməliyyat sistemi versiyasını istifadə edən cihazların tətbiqdə daha çox problem yaşamasına səbəb olur.
Bildiyiniz kimi 31 dekabr 2017-ci il etibarı ilə BlackBerry OS, BlackBerry 10, Nokia Symbian S60, Android 2.1, Android 2.2, Windows Phone 7 və iOS 6 əməliyyat sisteminə sahib cihazlar üçün WhatsApp dəstəyi sona çatmışdı. Bu əməliyyat sistemləri ilə işləyən cihazlarda tətbiq istifadə edilməyə davam etsə də yeni bir WhatsApp hesabı yaradıla və mövcud WhatsApp hesabları doğrulanamıyordu.
Fins.az xəbər verir ki, şirkətin web saytında açıqlama təqdim edən bir WhatsApp spikeri, WhatsApp-ı problemsiz bir şəkildə istifadə etmək üçün cihazların hansı əməliyyat sistemi versiyaları ilə çalışması lazım olduğunu açıqlayıb. Buna görə istifadəçilərin yeni ildə də WhatsApp istifadə etməyə davam edə bilmələri üçün Android 4.0 və üzəri, iOS 7 və üzəri ya da Windows Phone 8.1 və üzəri əməliyyat sistemi ilə işləyən cihazlara keçid etmələri lazımdır. Yeni hesabatlara görə WhatsApp, 31 Dekabr 2018-ci ildə etibarən Nokia S40, 1 Fevral 2020-ci ildən sonra isə Android 2.3.7 və altı Android versiyalarına dəstəyini tamamilə sonlandıracaq.

© Teach.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267