İKT

“Xiaomi” ağcaqanad əleyhinə cihaz yaratdı
04 İYUN
262

“Xiaomi” ağcaqanad əleyhinə cihaz yaratdı

2018-06-04 14:59:00

Çinin “Xiaomi” şirkəti “Mijia” ekosistemi çərçivəsində istehsal edilmiş yeni cihazını təqdim edib. 

Fins.az xəbər verir ki, bu dəfə söhbət ağcaqanadlara qarşı cihazdan gedir ki, yay mövsümünün gəlişi ilə bu əlavə daha da aktuallaşır. 

“Xiaomi Mijia Mosquito Repellent” konstruksiyası özündə teflutrin adlanan ağcaqanad əleyhinə repelenti əks etdirir ki, onlar da ağcaqanadı qaçırdır. Belə ki, cihazın korpusunda yerləşən teflutrinin buxarlanma vaxtı 720 saata qədər təşkil edir. Yəni cihazı fasiləsiz olaraq 30 sutka istifadə etməyə kifayət edir. Yaxud ondan gündəlik olaraq 8 saat istifadə etməklə bütün yayı yararlanmaq mümkündür.

Teflutrinin həddən artıq istifadəsindən yayınmaq üçün taymer quraşdırmaq mümkündür ki, onun da sayəsində cihaz avtomatik olaraq sönəcək. Cihaz eyni zamanda qiyməti 5 dollar olan ağcaqanad əleyhinə plyonka ilə birgə təqdim ediləcək ki, onun da görüntüləri yoxdur.  

“Xiaomi Mijia Mosquito Repellent” 10 dollara təqdim ediləcək. Onun satışlarına iyunun 8-də başlanacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259