İKT

“Facebook” istifadəçilərin məlumatlarını onlarla smartfon istehsalçısına ötürür
04 İYUN
136

“Facebook” istifadəçilərin məlumatlarını onlarla smartfon istehsalçısına ötürür

2018-06-04 12:46:00

Son illərdə “Facebook” şirkəti istifadəçilərin fərdi məlumatlarını 60 smartfon və başqa qurğu istehsalçısına ötürüb. Bu haqda “The New York Times” nəşri məlumat yayıb.
Fins.az xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsi “Apple”, “Microsoft”, “Amazon” və “Samsung” kimi şirkətlərlə müvafiq razılaşmalar imzalayıb.
Əsas məqsəd digər sosial şəbəkələr arasında öz vəziyyətini gücləndirmək istəyidir.
Bu, Mark Zukerberqin şirkəti tərəfindən istifadəçi məlumatlarının təhlükəsizliyinə riayət edilməsini şübhə altına qoyur.

© İctnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272