İKT

“Telegram”sevərlərə müjdə: Yeni versiya “App Store”da!
03 İYUN
243

“Telegram”sevərlərə müjdə: Yeni versiya “App Store”da!

2018-06-03 16:05:00

“Apple” korporasiyası “Telegram”ın yeni versiyasını “App Store”da yerləşdirib və istifadəçilər messenceri yükləmək imkanına malikdir.

Fins.az xəbər verir ki, bu barədə “Telegram”ın “Twitter” səhifəsində məlumat verilib. “iOS üçün Telegram versiyası 4.8.2 nəhayət ki, çıxdı”, - deyə anonsda bildirilib. Qeyd olunub ki, yeni versiyada gizliliyi qurmaq və “iOS 11.4” üçün düzəlişlər əlçatandır.   

“Telegram”ın yaradıcısı Pavel Durov yeni versiyanın təqdimatı üçün imkan yaratdıqlarına görə “Apple” şirkəti və onun rəhbəri Tim Kuka təşəkkür edib.

Qeyd edək ki, may ayını sonunda “Roskomnadzor” “Apple”a məktub göndərərək Rusiyada “Telegram”ın yayılmasının və rusiyalı istifadəçilər üçün onun push - bildirişlərinin göndərilməsini dayandırmağı tələb edib. İdarə Rusiya “App Store”undan “Telegram”ı silib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249