İKT

“WhatsApp”da yeni səhv aşkar edildi
01 İYUN
754

“WhatsApp”da yeni səhv aşkar edildi

2018-06-01 23:38:00

WhatsApp” istifadəçilərinin bir qismi bəyan edib ki, bloklanmış smartfonlarda bildiriş əldə etdikləri zaman məktubu göndərənin kimliyini görmürlər. 

İstifadəçilərin şikayətlərinə əsasən, telefonun ekranında “Məktub” yazısı peyda olur, ancaq dərhal bunun kim tərəfindən göndərildiyini müəyyən etmək olmur. Ona görə də onlar “WhatsApp”ı açmalı və məktubun kim tərəfindən göndərildiyinə baxmalı olurlar. Problemlər “iPhone” sahiblərində özünü göstərir. 

Angus Brash@angusbrash
 
 

Hey @WhatsApp — any idea why this is happening? Not seeing sender name on all new message notifications?

“Ey, “WhatsApp”, suallar gəzir ki, niyə belə olur? Yeni məktubların göndərilməsi zamanı bildirişlərə niyə baxmaq olmur?”

Nəşrin jurnalistləri əmindirlər ki, bu yanlışlıq tədbiqin yenilənməsi zamanı yaranır və onun öhdəsindən gəlmək asandır. Problemi həll etmək üçün “WhatsApp”ın ayarlarına daxil olmaq, “Bildiriş” meynusunu seçmək və “Miniatüru göstərmək” hissəsini təsdiqləmək lazımdır. 

Bundan sonra “iPhone” istifadəçiləri mobil telefonun ümumi “Bildirişlər”inə daxil olmalı və “WhatsApp”ı seçməlidirlər. Bundan sonra “Miniatüru göstərmək” bölməsində “Heç vaxt” düyməsini tıklamalıdırlar. 

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259