İKT

LG şirkəti yeni flaqman modelini təqdim etdi – FOTOLAR
31 MAY
335

LG şirkəti yeni flaqman modelini təqdim etdi – FOTOLAR

2018-05-31 21:27:00

LG şirkəti rəsmi olaraq LG V35 ThinQ smartfonunu təqdim etdi. Xarici görünüşcə yeni smartfon LG G7 ThinQmodelinə bənzəsə də ondan bir qədər fərqlənir. Belə ki, LG V35 ThinQ modelinin arxa panelindəki ikili kamera üfüqi şəkildə yerləşdirilib və onun ekranın üzərində LG G7 ThinQ modelindəki kimi çıxıntı hissəsi yoxdur. Yeni smartfon şüşədən hazırlanmış arxa qapağa və metal çərçivələrə sahibdir. Bununla yanaşı LG V35 ThinQ IP68standartı üzrə sudan və tozdan qorunma özəlliyinə də sahibdir.

Smartfon 18:9 nisbətli 6 inç QHD+ ekranla, Snapdragon 845 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), 16 MP + 16 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Onun adında ThinQ sözünün olması onun süni zəka texnologiyasına sahib olması deməkdir.

Digər smartfon modellərində olduğu kimi LG V35 ThinQ-də də süni zəka texnologiyasından əsasən fotoların çəkilməsində istifadə olunur. Vision AI texnologiyası sayəsində smartfon kadrdakı obyektləri təyin edərək optimal çəkiliş rejimlərini avtomatik seçə bilir. Smartfonun qiyməti barəsində məlumat bir qədər sonra veriləcək. Onun satışları isə ABŞ-da gələn aydan start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255