İKT

Bakıda məşhur provayder istifadəçilərini internetsiz qoydu
31 MAY
543

Bakıda məşhur provayder istifadəçilərini internetsiz qoydu

2018-05-31 21:25:00

Bakıda “Alfanet” şirkətinin internet xidmətindən yararlanan sakinlər problemlə üzləşiblər.

Fins.az-ın məlumatına görə, istifadəçilər artıq bir neçə saatdır ki, internetə qoşula bilmirlər.

Bundan əlavə, şirkətin rəsmi saytına da girmək mümkün olmur.

“Alfanet”lə əlaqə saxlamaq istəsək də, nömrələrinə də zəng çatmayıb.

İnternet provayderinin xidmətindən yararlanan istifadəçilər məcbur olub öz iradlarını şirkətin rəsmi “Facebook” səhifəsində yazıblar.

Onlar yaranan problemin nə vaxt aradan qaldırılacağını və şirkətin telefon nömrələrinə niyə zəng çatmadığını bilmək istəyirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255