İKT

Ən möhkəm korpusa malik smartfon seçilib
31 MAY
280

Ən möhkəm korpusa malik smartfon seçilib

2018-05-31 10:51:00

“Tom's Guide” portalının versiyasına görə, “Motorola Moto Z2 Force” ən möhkəm korpusa malik smartfon seçilib.

Fins.az xəbər verir ki, ekspertlər tərəfindən aparıcı istehsalçıların qurğuları davamlılığa görə sınaqdan keçirilib: smartfonlar iki metr hündürlükdən taxta və beton səth üzərinə atılıb, eləcə də suda batırılıb. Testlərin nəticələrinə görə qurğu 10 ballıq şkala üzrə qiymətləndirilib.

Bildirilir ki, “Motorola” modeli 8,5 bal qazanıb. Bütün manipulyasiyalardan sonra smartfonun həm korpusu, həm də ekranı üzərində çatlar əmələ gəlməyib.

Reytinqdə ikinci və üçüncü yeri “LG X Venture” (6,6 bal) və “Apple iPhone X” (6,2) tutub. Liderlər beşliyinə, həmçinin hərəyə 6 bal toplayan “LG V30” və “Samsung Galaxy S9” modelləri daxil olub.

Ekspertlər tərəfindən ən incə model kimi şkala üzrə 3,9 balla kifayətlənən “iPhone SE” seçilib.

Eləcə də bax:Ümumi qiyməti 18.000 dollar olan 12 smartfon dözümlülük testindən keçdi

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256