İKT

Bu da "Yandex"in "ağıllı" səsgücləndiricisi...
30 MAY
104

Bu da "Yandex"in "ağıllı" səsgücləndiricisi...

2018-05-30 10:39:00

"Yandex" şirkəti "ağıllı" səsgücləndiricisini təqdim edib.

Fins.az xəbər verir ki, bu, şirkətin istehsal etdiyi ilk qurğudur.

"Yandex. Stansiya" adlanan qurğunun səsli köməkçisi də var.

Qurğunun baş tərtibatçısı Konstantin Kruqlov bildirib ki, səsgücləndirici səsləri tanıya, musiqini işə sala, televizora qoşula və istifadəçinin əmrlərini dinləyə bilir. Onun gücü isə evdə diskoteka qurmağa imkan verəcək.

Stansiya mikrofonların söndürülməsi texnologiyası ilə təchiz olunubki, lazım olanda istifadəçini "eşidə" bilməsin. "Yandex. Stansiya"nın dəyəri 160 dollar (273 manat) təşkil edir.

Eləcə də bax: İstifadəçilərin ən çox razı qaldığı smartfon hansıdır?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267