İKT

Rusiyada alış-verişi selfi ilə ödəmək mümkün oldu
29 MAY
117

Rusiyada alış-verişi selfi ilə ödəmək mümkün oldu

2018-05-29 12:39:00

Rusiyada selfi ilə alış-veriş etməyin mümkün olduğu xidmət yaradılıb.

Fins.az xəbər verir ki, xidmət "VisionLabs" şirkətinin tərtibatçıları tərəfindən istifadəyə verilib.

"SelfieToPay" adlanan xidmətdən istifadə etmək üçün alıcı "AppStore" və ya "GooglePlay"dən "SWiP" əlavəsini yükləməli, bank kartını ona bağlamalı və öz sifətini skan etməlidir.

Müvafiq proqram təminatı və xüsusi kameralar olan ticarət məntəqələrində alış-verişin dəyərini ödəmək üçün alıcıya telefon lazım olmayacaq. Kassanın yanındakı obyektivə baxmaqla kamera onun kimliyini müəyyən edəcək. Kameranın diapazonu elədir ki, ora yalnız ödəniş edən şəxsin üzü düşəcək.

"VisionLabs" şirkətindən bildiriblər ki, bu texnologiya sayəsində fırıldaqçılar alış-veriş üçün başqalarının fotolarından və ya videoyazılarından istifadə edə bilməyəcəklər.

Eləcə də bax: İstifadəçilərin ən çox razı qaldığı smartfon hansıdır?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267