İKT

İstifadəçilərin ən çox razı qaldığı smartfon hansıdır?
25 MAY
848

İstifadəçilərin ən çox razı qaldığı smartfon hansıdır?

2018-05-25 20:07:00

Böyük ekranlı smartfonların getdikcə populyarlaşmasına baxmayaraq, ACSI-nin (American Customer Satisfaction Index – ABŞ-ın Alıcıların Məmnunluq İndeksi Təşkilatı) versiyasına görə, bu il liderlik Apple şirkətinin 4 düymlük ekrana malik iPhone SE smartfonuna aiddir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ACSI ötən ilin may ayından cari ilin aprelinə kimi 36 194 insan arasında sorğu keçirib. İstifadəçilərdən qurğulara onlardan istifadə məmnunluğuna görə qiymət vermək tələb olunub.

iPhone SE smartfonu 5.7 düym ekranı olan Samsung Galaxy S6 Edge+ və 86 xalı olan 5.5 düymlük iPhone 7 Plus-u geridə qoyaraq maksimum 100 baldan 86 bal toplayıb. Növbəti pillələrdə 85 xalla Galaxy S6 Edge, 84 xalla Galaxy S7 və Galaxy S7 Edge smartfonları qərarlaşıb.

Məlumdur ki, öz istifadəçilərini ən çox məmnun edən smartfonlar əsasən Apple və Samsung şirkətlərinə aiddir. Siyahının ilk iyirmiliyinə müvafiq olaraq 75 və 73 xalla Moto G və LG G4 smartfonları da daxil olublar.

Eləcə də bax: Orta yaşlı insanlar üçün olan büdcəli Galaxy Wide 3 təqdim olundu

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253