İKT

Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?
25 MAY
794

Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?

2018-05-25 20:04:00

ABŞ-ın Alıcıların Məmnunluq İndeksi (ACSI) smartfonların yeni reytinqini tərtib edib. iPhone 7 Plus və Samsung Galaxy S8+ smartfonları ən çox bal toplayıblar.
Fins.az bildirir ki, ACSI-nin məlumatına əsasən, iPhone 7 Plus (buraxılış ili 2016) amerikalıların ən sevimli smartfonudur.

Bu aparatın məmnunluq indeksi 85% təşkil edir. Samsung Galaxy S8+ 84% göstərici ilə  ikinci yeri tutub. Galaxy S8, iPhone 8 və iPhone 8 Plus smartfonları 3-5-ci yerləri bölüşüblər.
Qeyd edək ki, Apple-ın ən yeni qabaqcıl smartfonu məmnunluq indeksində 80% göstərici ilə yalnız 17-ci yeri tutub. Məsələn, “Counterpoint Research”in hesabatına əsasən, iPhone X cihazı ABŞ-da ilin birinci rübündə ən çox satılan smartfonların siyahısında ikinci və üçüncü yerləri bölüşdürür. Maraqlıdır ki, Tech.pinions analitik agentliyinin sorğusuna əsasən, iPhone X sahiblərinin 97%-i qurğudan razıdır.

Eləcə də bax:Arxa hissəsi şəffaf olan Xiaomi Mi 8 və yeni MIUI 10 interfeysinin təqdimat tarixi – VİDEO

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256