İKT

“WhatsApp” messencerində yeni boşluq aşkar edilib
25 MAY
663

“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

2018-05-25 19:56:00

“WhatsApp” xidmətinin istifadəçiləri xoşagəlməz bir problemdən şikayətləniblər. Belə ki, sözügedən messencerdə aşkar edilmiş boşluq qara siyahıya salınmış abunəçilərə onları bloklamış istifadəçiləri öz mesajları ilə narahat etməyə imkan verir.
Fins.az xəbər verir ki, bloklanmış istifadəçilər onları qara siyahıya daxil etmiş istifadəçilərə mesaj göndərə, status və profillərinə baxa bilərlər. Bu boşluq messencerin "iOS” və “Android” sistemlərinin idarəetməsi altında işləyən kliyentində mövcuddur.
Problemi aşağıdakı qaydada həll etmək mümkündür: kontaktı blokdan çıxarmaq və onu yenidən bloklamaq. Lakin belə əlavə əməliyyatlar narahatçılıq yaradır.
“WhatsApp” komandası artıq Britaniyanın “Express.co.uk” resursunun jurnalistlərinə deyib ki, bu boşluq barədə xəbərdardırlar və artıq problemi aradan qaldıran düzəliş çıxarılıb.

Eləcə də bax: Samsungun Yeni Reklamı Milyonlarla Televizoru 'Söndürəcək'

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260